Bank yeni məhsul və ya xidmət təqdim edərkən, o cümlədən layihələrin icrasına başlayarkən qabaqcadan və təqdim olunduqdan sonra bunun bankın strategiyasına uyğunluğunun və risk profilinə təsirinin təhlilini aparır, habelə əlaqəli riskləri müəyyən edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.
Qiymətləndirmələr risklərin idarə edilməsi və komplayens funksiyalarını həyata keçirən struktur vahidləri tərəfindən aparılır və qiymətləndirmə nəticələri Riskləri İdarəetmə Komitəsinə təqdim edilir.