Bankın risklərin idarə edilməsi, komplayens və daxili audit funksiyalarını həyata keçirən struktur bölmələrinin əməkdaşları ödəniləcək mükafatın həcmi yoxlanılan struktur bölmənin fəaliyyətindən asılı olmamalı, habelə bu əməkdaşların müstəqilliyinə xələl gətirməməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.

Mükafatlandırma siyasətində bankın xüsusi kateqoriyaya aid olan işçiləri,  bankda nəzarət funksiyasında olan bank əməkdaşları digər bank əməkdaşlarına və idarəetmə orqanlarının üzvlərinə mükafatın, o cümlədən onun təxirə salınmış hissəsinin verilməməsi halları müəyyən edilir. Həmin hallara ən azı aşağıdakılar daxil edilməlidir:

– Mərkəzi Bankdan sonuncu instansiya kreditoru qismində kredit almış bankda kredit üzrə öhdəliklər tam yerinə yetirilənədək;

–  Mərkəzi Bankın banka qarşı xüsusi ehtiyatların yaradılması, kapitalın artırılması və ya kapital adekvatlığı əmsalının pozulması hallarının aradan qaldırılması barədə məcburi göstərişi olduqda, həmin göstəriş bank tərəfindən tam icra olunanadək;

–  bank inzibatçılarının tutduğu vəzifədən azad edilməsi barədə Mərkəzi Bank tərəfindən sanksiya tətbiq edildikdə (bu Standartların 18.5.1-ci yarımbəndində göstərilən şəxslərə münasibətdə).