İsveçin XİN rəhbəri pasportunu unudub və Ukraynaya daxil ola bilməyib.
Heftelik.az xəbər verir ki, bu barədə Avstriyanın “Die Presse” nəşri diplomatik mənbələrə istinadən yazıb.
Polşa-Ukrayna sərhədindəki əməkdaşlar İsveç xarici işlər naziri Tobias Billströmə sərhədi keçməyə icazə verməyib.
İsveç XİN başçısı bu səbəbdən Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin Kiyevdə keçirilən iclasında iştirak edə bilməyib.