Pozuntunun predmeti kimi götürülmüş malın, pulun və digər qiymətlilərin uçotu qanunvericiliyə uyğun olaraq gömrük orqanlarının maliyyə xidmətində xüsusi kitabda və dövriyyə cədvəllərində aparılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmənin qərarınadək götürülmüş əmlakın uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə Təlimat”da əksini tapıb.
Qəbul olunmuş pulun mədaxil və məxaric sənədləri ümumi qaydada pul sənədləri ilə bir yerdə saxlanılır.