Oxşar tapşırıqların davamlı icrası ilə bağlı obyektivliyin itirilməsi ehtimalının qarşısını almaq üçün audit işinə xələl gətirmədən daxili audit funksiyası daxilində işçilərin vaxtaşırı rotasiyası həyata keçirilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.

Rotasiya qaydası bankın daxili audit siyasətində müəyyən edilir.