Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Qadınlarının VI Qurultayı ilə əlaqədar 3 oktyabr 2023-cü il tarixdə Ucar Rayon İcra Hakimiyyətinin inzibati binasında rayonun ictimai həyatında fəal rol oynayan, müxtəlif sahələrdə çalışan qadınların iştirakı ilə tədbir keçirilib.
Heftelik.az-ın məlumatına görə, tədbirdə qadınların problemləri, gender məsələləri, qadın hüquqlarının həyata keçirilməsi ilə bağlı çağırışlar və bu kimi bir neçə aktual mövzularla bağlı çıxışlar dinlənilib, mövzu ətrafında müzakirələr aparılmış, iştirakçıların təklifləri dinlənilib.