SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə vəfat edib.
Heftelik.az-ın məlumatına görə, bu barədə SOCAR-dan bildirilib.
Qeyd edək ki, Xoşbəxt Yusifzadə 1930-cu ildə Bakıda anadan olub. Təhsilini Azərbaycan Sənaye İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) alan Yusifzadə neft sahəsində müxtəlif vəzifələrdə işləyib.
1960-cı ildə “Neft quyularının və laylarının tədqiq edilməsi və Neft Daşları yatağının cənub-qərb qanadının neftli obyektlərinin səmərəli işlənilməsi və istismarı məsələləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək geologiya-minerologiya elmləri namizədi alimlik dərəcəsi alıb.
1987-ci ildə Moskvanın Yanar Qazıntıların Geologiyası və İşlənməsi İnstitutunda “Dəniz neft və qaz yataqlarında axtarış-kəşfiyyat işlərinin sürətlə aparılmasının prinsip və metodları” mövzusunda doktorluq dissertasiyası müdafiə edib, geologiya-mineralogiya elmləri doktoru elmi dərəcəsinə layiq görülüb. 2007-ci ilin aprel ayında Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib.
2016-cı ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti seçilib.