Fransa xarici işlər naziri Katrin Kolonnanın Ermənistana səfəri çərçivəsində “X” sosial şəbəkəsində Ağrı dağının rəsmini istifadə etməsi böyük bir səhvdir.

Heftelik.az-ın məlumatına görə, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik mətbuat konfransı zamanı bildirib.

Ömər Çelik deyib ki, bu, bu, cəhalətdən qaynaqlanmırsa, Azərbaycanın Qarabağı azad etməsindən narahat olmanın göstəricisidir: “O paylaşım silinməlidir! Ağrı dağının rəsminin bu şəkildə istifadə olunması böyük diplomatik xətadır”.