Azərbaycan Prezidentinin Qranadada Avropa Siyasi Cəmiyyətinin toplantısına qatılmamasını təqdir edirik.
Heftelik.az-ın xəbərinə görə, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının söçzüsü Ömər Çelik bildirib.
Ömər Çelik deyib ki, Fransanın, Almaniyanın, Avropa İttifaqının, Ermənistanın olduğu masaya Türkiyənin dəvət edilməməsi qəbuledilməzdir: “O masada Fransa olacaq, Türkiyə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olmayacaq? Bu, Azərbaycan və Türkiyə prezidentləri tərəfindən qəbul edilə bilməzdi”.
Mink qrupunun ötən dövrlərdə münaqişənin həllində maraqlı olmadığını söyləyən Ömər Çelik qeyd edib ki, bu gün Qarabağ Azərbaycana qayıdıb, ərazi bütövlüyü bərpa olunub: “Fransa hələ də Ermənistanı işğalçı kimi tanımayıb. Ərdoğan Azərbaycana tam dəstək verirkən və Ermənistanın işğalına qarşı çıxıb, proses bitəndən sonra Qafqazda isə sülh üçün çağırış edib. Deyib ki, Ermənistan təcavüzdən vaz keçərsə, bölgə üçün bir platforma yaradaq. Bu, diasporun əsarətində olan Ermənistan xalqının əsaratindən qurtuluşu və rifahı üçündür. Avropa İttifaqı da Qarabağın Azərbaycana qaytarılmasından narahatdır. Əks halda gerçəkdən sülh olmasını istəyirlərsə, orada ilk olmasını istədikləri Türkiyə və Ərdoğan olmadır. Prezident İlham Əliyev Qranadaya getməməklə sülhün tərəfdarı olduğunu ortaya qoyub”.