Idarə Heyəti fəaliyyəti barədə Müşahidə Şurasına hesabat verir.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.
İdarə Heyəti daxili nəzarət və risklərin idarə edilməsi sistemində üzərinə düşən vəzifələri peşəkarcasına və vicdanla həyata keçirməlidir. Bankın bir və ya bir neçə struktur bölməsinə (daxili audit bölməsi istisna olmaqla) birbaşa və ya dolayı nəzarət (kurasiya) yalnız İdarə Heyətinin üzvü tərəfindən həyata keçirilir.