Xüsusi kateqoriyaya aid olan işçilər bankın risk profilinə əhəmiyyətli təsiri olan funksiyanı icra edən işçilərdir.

Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.

Bankın risk profilinə əhəmiyyətli təsiri olan funksiyanı icra edən həmin işçilər aşağıdakılardır:

– bankın İdarə Heyətinin üzvləri;

– bankın nəzarət funksiyasının (risklərin idarə edilməsi, komplayens və daxili audit funksiyalarını həyata keçirən struktur bölmələr) rəhbərləri;

– ötən il ərzində bankdan əldə etdiyi ümumi gəliri (əmək haqqı və mükafatlar) bankın İdarə Həyətinin üzvlərinə mükafatlar istisna olmaqla, bank işçilərinə ödənilən orta illik gəlirdən az olmayan və bankın mükafatlandırma siyasətində müəyyən edilmiş bankın risk profilinə əhəmiyyətli təsiri olan struktur bölməsində (məsələn, kreditlərin verilməsi, xəzinədarlıq, layihə maliyyələşdirilməsi və s.) fəaliyyət göstərən və fəaliyyəti bankın risk profilinə təsiri olan bank işçisi.

Məlumat istifadəçiləri mövcud və potensial səhmdarlar, bazar iştirakçıları və bankın fəaliyyəti ilə bağlı məlumatın əldə edilməsində maraqlı olan digər şəxslərdir. \