Fərdi məlumatlar kateqoriyasına aid olan qeydiyyat kartları və daktiloskopik xəritələr bu sahədə ixtisaslaşmış və həmin işin aparılması üçün təyin edilmiş əməkdaşlar tərəfindən hazırlanır.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət daktiloskopik və genom qeydiyyatının aparılmasına dair Təlimat”da əksini tapıb.
Fərdi məlumatlar, onların tərtib olunması və götürülməsində istifadə edilən informasiya texnologiyaları və ləvazimatlar xüsusi mühafizəsi təşkil edilən otaqlarda əldə edilir və saxlanılır.