Müşahidə Şurasının müstəqil üzvü son 3 (üç) ildə bankın aktivinin 0.025%-dən yuxarı həcmə malik dəyərdə müqavilə tərəfi, o cümlədən kənar xidmət təminatçısı, habelə bankın aktivinin 0.025%-dən yuxarı həcmdə aktivə və ya öhdəliyə malik bankın müştərisi olmamalıdır (bu göstərici əməliyyatların növləri üzrə ayrılıqda hesablanır (məsələn, şəxsin təyin və ya bu Standartların 6.5-ci bəndinə müvafiq qaydada dövri qiymətləndirmə tarixinə bankın kredit tələblərinin bankın həmin tarixə aktivlərinə nisbəti və analoji olaraq depozitlərin aktivlərə nisbəti hesablanır).
Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.
Eyni zamanda, bu yarımbənddə qeyd edilən meyarlara uyğun bankın hüquqi şəxs olan müqavilə tərəfinin, o cümlədən kənar xidmət təminatçısının və müştərisinin idarəetmə orqanının rəhbəri və ya səlahiyyətli nümayəndəsi olmamalıdır.