Dalğıc enmələri 12 m və bundan çox dərinlikdə aparıldıqda bu yerdə rekompressiya kamerası və tibbi heyət (dalğıc həkimi) olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Enməyə başlamazdan əvvəl kamera işə hazırlanmalı və enmənin dərinliyinə müvafiq rekompressiya rejimi üçün hava ehtiyatı olmalıdır.