Daxili audit xidmətinin rəhbəri illik audit planı hazırlamağa məsuldur.

Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.

Planda Müşahidə Şurasının və İdarə Heyətinin nəzarətin təkmilləşdirilməsi ilə bağlı ehtiyacları nəzərə alınmalıdır. Planın icrası üzrə audit bankın istənilən fəaliyyət sahəsində bu Standartların tələbi nəzərə alınmaqla yoxlamalar apara bilər.