Dolu düşəcək, qar yağacaq

04 Oktyabr 2023, 11:40

Oktyabrın 4-ü saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən Heftelik.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Şimal rayonlarında 29 mm, Qərb rayonlarında 15 mm, Mərkəzi Aran zonasında 14 mm, Cənub zonasında isə 17 mm-dək olub, arabir güclənən şimal-qərb küləyi əsib.

Şərqi Zəngəzur və Qarabağ bölgəsində bu gün gün ərzində hava şəraitinin yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, şimşək çaxacağı və yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.