Dövlət daktiloskopik və genom qeydiyyatı aparılarkən Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərmanları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları, bu Təlimat və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları rəhbər tutulur.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət daktiloskopik və genom qeydiyyatının aparılmasına dair Təlimat”da əksini tapıb.
Qeydiyyat kartotekası və məlumat bankları qeydiyyat obyektləri barədə tərtib olunmuş sənədlər, daktiloskopik xəritə və DNT profilləri əsasında Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsi (DİN KTİ) tərəfindən aparılır.