İşlər gecə vaxtı aparılan zaman iş yerləri işıqlandırılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
İşıqlandırıcı cihazlar partlayış mühafizəli olmalıdır. Yerli işıqlandırma üçün gərginliyi 12 V-dan çox olmayan partlayış mühafizəli çıraqlardan (akkumulyatorlu fənərlərdən) istifadə edilməlidir (onlar partlayış təhlükəli zonaların hüdudlarından kənarda qoşulmalı və açılmalıdır).