“Konsiqnasiya” qeydli beynəlxalq qrupla poçt göndərişləri eyni vaxtda bir göndərici tərəfindən Azərbaycan Respublikasından kənara göndərilmə üçün təqdim olunan və ya ölkə ərazisinə digər ölkədən eyni bir göndəricidən daxil olan bir neçə qeydiyyatlı poçt göndərişləridir.

Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.

Qüsurlu poçt göndərişi çəkisi, üzərində göstərilənə uyğun olmayan və ya xarici əlamətlərinə görə tərkibinin çatışmazlığı, dəyişdirilməsi, zədələnməsi yaxud korlanması (üzlüyün, sarığın, möhürün, yapışqanlı lentin və s. zədələnməsi) güman olunan poçt göndərişidir.