Korporativ katibin azı hansı tələblərə cavab verməli olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.
Korporativ katib azı aşağıdakı tələblərə cavab verməlidir:
– maliyyə bazarları sahəsi üzrə azı 3 (üç) illik iş təcrübəsinə malik olmalıdır;
– hüquq, iqtisadiyyat və ya idarəetmə üzrə ali təhsili olmalıdır.
– Korporativ katibin səmərəli fəaliyyətini təmin etmək məqsədilə bankın Müşahidə Şurasının qərarı ilə Korporativ katibin Aparatı yaradıla bilər. Korporativ katibin Aparatı yaradıldıqda bankdaxili qaydalarda aparat işçilərinin sayı, tərkibi və vəzifələri müəyyən edilir.
Korporativ katibin mükafatlandırılması Korporativ İdarəetmə Komitəsi tərəfindən müəyyən edilir.