Mükafatlandırma siyasətinə aydınlıq gətirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.
Mükafatlandırma siyasətində ən azı aşağıdakı kateqoriyalara aid olan bank əməkdaşları və idarəetmə orqanlarının üzvlərinə mükafatın verilməsi şərtləri ayrı-ayrılıqda əks etdirilməlidir:
– bankın xüsusi kateqoriyaya aid olan işçiləri;
– bankda nəzarət funksiyasında olan bank əməkdaşları (bu kateqoriyaya bankın risklərin idarə edilməsi, komplayens və daxili audit funksiyalarını həyata keçirən struktur bölmələrinin əməkdaşları aiddir);
– bankın 90 (doxsan) gündən çox gecikmiş kredit tələblərinin geri ödənilməsi ilə məşğul olan struktur bölmənin əməkdaşları;
– bankın yuxarıda nəzərdə tutulmayan digər əməkdaşları.