Erməni mediası gecə saatlarında Samvel Şahramanyanın da həbs olunduğunu yazıb.

Heftekik.az-ın xəbərinə görə, bu barədə Ermənistanın “Hrapark” saytı məlumat yayıb. Məlumat Azərbaycan tərəfindən hələ ki, təsdiq edilməyib.
Heftelik.az musavat.com-a istinadla Samvel Şahramanyanın dosyesini təqdim edir:
Samvel Sergeyoviç Şahramanyan 1 dekabr 1978-ci ildə Xankəndidə doğulub. Ermənistan siyasətçisidir.

O, İrəvan Qriqor Zöhrab Universitetinin Beynəlxalq iqtisadiyyat fakültəsinə daxil olub, 1998-ci ildə Xankəndi Pedaqoji İnstitutuna keçib və 1999-cu ildə oranı bitirib.

Şahramanyan 1996–1999-cu illərdə Qarabağda separatçı silahlı dəstələrdə xidmət edib. 1999–2008-ci illərdə Rusiyada xidmət göstərib.
Şahramanyan əvvəllər Rusiya tərəfindən silahlandırılan qondarma “DQR”-in milli təhlükəsizlik xidmətinin direktoru olub. Ermənistan Respublikasının hərbi vətənpərvərlik, gənclər, idman və turizm naziri kimi xidmət göstərib.
O, 31 avqust 2023-cü ildən 10 sentyabr 2023-cü ilə qədər qondarma “DQR”-in keçmiş dövlət naziri olub.
10 sentyabr 2023-cü ildə Qarabağda qondarma “seçki”lərdə “prezident” “seçilib”.
O, İrəvan Qriqor Zöhrab Universitetinin Beynəlxalq iqtisadiyyat fakültəsinə daxil olub, 1998-ci ildə Xankəndi Pedaqoji İnstitutuna keçib və 1999-cu ildə oranı bitirib
29 may 2020-ci ildə qondarma “sərəncam”la general-mayor rütbəsi alıb.