Gömrük işi sahəsində törədilən cinayətlərin və gömrük qaydaları əleyhinə inzibati xətanın bilavasitə predmeti olan, gömrük orqanları tərəfindən müvafiq qaydada maddi sübut kimi götürülmüş heyvan və ya quşlar məhkəmə və ya müvafiq səlahiyyətli orqanının qərarınadək akt tərtib edilməklə həmin sahədə yerləşən heyvanat parkına və ya heyvandarlıq təsərrüfatlarına təhvil verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmənin qərarınadək götürülmüş əmlakın uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə Təlimat”da əksini tapıb.