Komplayens funksiyası bankın əməkdaşları üçün komplayens riskləri ilə əlaqədar təlim proqramı hazırlayır və aidiyyəti struktur bölmələrlə birgə proqramın icrasını təmin edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.

Komplayens funksiyası risklərin idarə edilməsi bölməsi ilə koordinasiyalı formada risklərin idarə edilməsi üzrə bankın daxili qaydalarının hazırlanmasında, həmçinin risk iştahası bəyannaməsinə və siyasətinə riayət edilməsinin monitorinqinin aparılmasında iştirak edir.