Dövlət Gömrük Komitəsinin xəzinəsinə verilən maddi sübutların uçotu səhifələri nömrələnmiş, qaytanlanmış, möhürlənmiş və səlahiyyətli şəxsin imzası ilə təsdiq edilmiş kitabda aparılır.

Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmənin qərarınadək götürülmüş əmlakın uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə Təlimat”da əksini tapıb.

Maddi sübutlar sahibinə qaytarıldıqdan, müsadirə edildikdən və ya məhv edildikdən sonra, sənədlər gömrük orqanlarında qanunvericiliklə müəyyən olunmuş müddətdə saxlanılır.