Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi müvafiq təsərrüfat strukturunun anbarına qəbul edilən mallar barədə 2 (iki) nüsxədən ibarət qəbuletmə aktı tərtib olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmənin qərarınadək götürülmüş əmlakın uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə Təlimat”da əksini tapıb.
Həmin akt malları təhvil verən orqanın səlahiyyətli nümayəndəsi, malları təhvil götürənin təşkil etdiyi komissiya üzvləri tərəfindən imzalanır və təşkilatın möhürü ilə təsdiq edilir. Aktda qəbul edilmiş mala aid məlumatlar (adı, növü, əmtəə markası, çəkisi, həcmi, çeşidi, vəziyyəti və s.) əks olunur. Akta həmin mallara aid digər sənədlər də əlavə oluna bilər. Aktın imzalanmış və təsdiq edilmiş bir nüsxəsi malları təhvil verən orqanın nümayəndəsinə verilir.