Aşkar edilmiş hüquqpozma faktı üzrə icraatın bir müstəntiqdən (təhqiqatçıdan) başqasına, bir istintaq (təhqiqat) orqanından başqa istintaq (təhqiqat) orqanına, eləcə də bir məhkəmədən başqasına verilməsi ilə əlaqədar götürülmüş mallar istintaq və ya təhqiqat orqanının razılığı ilə ilkin təhvil verildiyi yerdə saxlanılır.

Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmənin qərarınadək götürülmüş əmlakın uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə Təlimat”da əksini tapıb.