Gömrük işi sahəsində törədilən cinayətlərin və gömrük qaydaları əleyhinə inzibati xətanın bilavasitə predmeti olan, gömrük orqanları tərəfindən müvafiq qaydada götürülmüş mallar, pullar və digər qiymətlilər aidiyyətindən, xüsusiyyətindən, qiymətindən, ölçüsündən asılı olaraq, cinayət və ya inzibati xəta haqqında işin içində, Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi müvafiq təsərrüfat strukturunun anbarında, gömrük orqanlarının maliyyə xidmətlərində və ya təhqiqat, ibtidai istintaq orqanlarının müəyyən etdiyi yerlədə saxlanılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmənin qərarınadək götürülmüş əmlakın uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə Təlimat”da əksini tapıb.
Nəqliyyat vasitələri gömrük orqanlarının müəyyən etdiyi xüsusi dayanacaqlara təhvil verilir.