Xəbər verdiyimiz kimi, oktyabrın 5-də Azər Zeynalov Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini vəzifəsindən istefa verib.
Heftelik.az-ın Bizim.Media-ya istinadən verdiyi məlumata görə, Azər Zeynalov güc strukturları tərəfindən saxlanılıb.
Qeyd edək ki, Vasif Talıbov istefa verdikdən sonra Azər Zeynalov birinci müavin kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin səlahiyyətini icra edirdi. Başqa sözlə, Naxçıvan Muxtar Respublikasında ən ali vəzifəli şəxs statusunda idi.