Bu gün altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin payız sessiyasının növbəti iclası keçirilib.

Heftelik.az-ın məlumatına görə,  iclasın gündəliyinə Ali Məclis sədrinin birinci müavininin müraciətinə baxılması, “Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikası Qanununda dəyişiklik edilməsi məsələləri daxil edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov gündəlikdə duran birinci məsələ ilə bağlı qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov vəzifəsindən istefası ilə bağlı müraciət edib. Müzakirə olunan məsələ ilə əlaqədar qərar layihəsi oxunduqdan sonra səsə qoyularaq qəbul edilib.