Bankın İdarə Heyətinin üzvü olan baş maliyyə inzibatçısı maliyyə idarəetməsinin və hesabatlığının metodlarını, daxili prosedurlarını, o cümlədən rəhbərliyə təqdim olunan hesabatları və maliyyə nəzarəti mexanizmlərini əhatə edən uçot siyasəti hazırlayır.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.
Bankın İdarə Heyətinin üzvü olan baş maliyyə inzibatçısı həm də bankın xəzinədarlıq, aktiv və passivlərin idarə edilməsi, mühasibat, hesabatlıq və maliyyə nəzarəti funksiyalarını yerinə yetirən struktur bölmələrin işinin lazımi qaydada təşkil olunmasını təmin edir.