Daxili nəzarət funksiyasına daxil olan struktur bölmələr vəzifələrini effektiv və obyektiv qaydada icra etmək üçün adekvat səviyyədə resursa (məsələn, peşəkar işçi heyəti, İT sistemləri, zəruri informasiya mənbələrinə çıxış və s.) və səlahiyyətə malik olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.
Bankın daxili nəzarət sisteminin davamlı əsasda monitorinqi aparılmalıdır. Bankın daxili nəzarət funksiyasına daxil edilən struktur bölmələr aşkar edilmiş və bankın dayanıqlılıq göstəricilərinə neqativ təsir edəcək çatışmazlıqları bankın Müşahidə Şurasına, onun komitələrinə və İdarə Heyətinə dərhal, digər çatışmazlıqları isə bankdaxili qaydalarla müəyyən edilmiş dövrilikdə bildirməlidir.