Mükafatlandırma siyasətində xüsusi kateqoriyaya aid olan işçilər, habelə xarici bankın yerli filialının rəhbər işçiləri (filialın rəhbəri və onun müavini, habelə bir və ya bir neçə struktur bölməsinə nəzarəti həyata keçirən (kuratorluq edən) əməkdaşı) üzrə dəyişən mükafatın verilməsi barədə qərar ildə bir dəfə qəbul edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.
Bu zaman məcmu kapitalın minimum miqdarı, kapitalın adekvatlıq əmsalı və aktivlər üzrə yaradılmış xüsusi ehtiyatlar normativlərinə cavab verən, lakin zərərlə fəaliyyət göstərən bankın səhmdarların ümumi yığıncağının dəyişən mükafatın verilməsini nəzərdə tutan qərarlar qəbul etdiyi hallar (məsələn, fəaliyyətin genişləndirilməsi, biznes profilinin dəyişilməsi, maliyyə sağlamlaşdırması və s. ilə bağlı) istisna olmaqla, bank kənar auditor tərəfindən təsdiqlənmiş maliyyə ilinin nəticələrinə görə xalis mənfəət əldə etməlidir. Bankın zərərlə fəaliyyət göstərməsinə dair səhmdarların ümumi yığıncağının qəbul etdiyi qərar bankın strateji planında əks olunmalı, habelə bu dövr ərzində dəyişən mükafatın bu Standartların 18.5-ci bəndində nəzərdə tutulmuş kateqoriyalar üzrə maksimum həcmi və hesablanmasında istifadə ediləcək maliyyə göstəriciləri bankın daxili qaydaları ilə müəyyən edilməlidir.