Komplayens funksiyası komplayens risklərinin idarə edilməsi üzrə İdarə Heyətinin fəaliyyətinə davamlı dəstəyi təmin edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.

Komplayens funksiyası yeni bank məhsullarının və xidmətlərinin hazırlanması və tətbiqi prosesində  iştirak edir, komplayens risklərinin əhatə olunduğu yeni tələblərlə əlaqədar bankdaxili kommunikasiyanı təmin edir, bankın fəaliyyəti üzrə qərarvermə prosesində maraqlar münaqişəsini müəyyən edir və dövri olaraq qiymətləndirir və bankın fəaliyyəti ilə bağlı vətəndaş müraciətlərinin monitorinqini aparır.