Korporativ katib azı Müşahidə Şurasının bütün üzvləri ilə səmərəli işləmək, onlara qərəzsiz məsləhətlər vermək və bankın məqsədlərinə uyğun hərəkət edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.
Korporativ katib Müşahidə Şurasının sədrinə korporativ idarəetmə ilə bağlı məsləhətlər verir, onunla birgə bankın korporativ idarəetməsinin bankın məqsədlərinə uyğunluğunu dövri olaraq nəzərdən keçirir (məsələn, Müşahidə Şurası və onun komitələrinin fəaliyyətinin qiymətləndirilməsi) və bankın korporativ idarəetmə strukturunun gücləndirməsi üçün zəruri tədbirlər müəyyən edir.