Mənfi hava temperaturunda sualtı işləri apararkən, sualtına enən dalğıcların don vurmasına qarşı tədbirlər görülməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Belə tədbirlərə aiddir: ikinci dalğıc alt paltarı komplektinin geyilməsi və dalğıclarin su altinda olma vaxtlarının məhdudlaşdırılması, dalğıcları fəal isidən vasitələrin, dalğıcların geyinib-soyunmsı üçün isidilən yerlərin (budkaların), çadırların istifadə olunması, qoruyucu vasitələrin və ya isidilməyən budkaların və çadırların bilavasitə yarıqların üstündə qurulması.