Mallar sahibinə belə qaytarılır

05 Oktyabr 2023, 09:30

Məhkəmənin və ya müvafiq səlahiyyətli orqanın qanuni qüvvəyə minmiş qərarında malların (pul və digər qiymətlilərin) sahibinə qaytarılması nəzərdə tutulduqda, mal sahibi yaxud onun vəkalət verdiyi şəxs Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi müvafiq təsərrüfat strukturuna və ya maliyyə xidmətinə ərizə ilə müraciət edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmənin qərarınadək götürülmüş əmlakın uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə Təlimat”da əksini tapıb.

20 gün ərzində həmin mallar müvafiq akt və digər təsdiqedici sənədlər əsasında təhvil alma barədə imza etdirilməklə sahibinə (və ya onun səlahiyyətli nümayəndəsinə) qaytarılır.