Milli Məclisin deputatı RüfətQuliyev 4 oktyabr 2023-cü iltarixində Lənkəran şəhəri deputat ofisində seçicilərlə görüş keçirib.

Heftelik.az-ın məlumatına görə, görüşdə müxtəlif yaş və fəaliyyət qruplarından olan yerli seçicilər iştirak edib.

Rüfət Quliyev dövlətimizin sosial siyasətindən, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlardan, icra edilən sosial layihələrin geniş miqyas almasından bəhs edib. Prezident İlham Əliyevin şəhid ailələrinə, qazilərə diqqət və qayğısından danışıb və onların qayğılarının həll olunması üçün icra edilən və gələcəkdə də davam etdiriləcək tədbirlərdən bəhs edib.

Görüş zamanı seçiciləri narahat edən problemlər dinlənilib.

 

Seçicilərin müraciətləri diqqətlə dinlənib və qeydiyyata alınıb. Müraciətlərdən bir neçəsi yerindəcə həllini tapıb qalan müraciətlərin həlli ilə bağlı aidiyyatı qurumlara müraciət ediləcəyi bildirilib.

Seçicilər səmimi qəbula görə Milli Məclisin deputatı Rüfət Quliyevə minnətdarlıqlarını bildirib və müraciətlərinin qısa zamanda öz həllini tapacağına əminliklərini ifadə ediblər.

Daha sonra Milli Məclisin deputatı Rüfət Quliyev 20 sentyabr tarixli antiterror əməliyyatı zamanı şəhid olmuş hərbi qulluqçuların ailələrini ziyarət edib. Onlar Lənkəran rayonu Xolmili kənd sakini şəhid Əkbərov Aqil Fayəddin oğlu və Viyən kənd sakini Hüseynov Məhəmməd Şəfaət oğlunun valideynləriylə görüşüb. Onların qayğıları ilə maraqlanıb. Dövlətimizin şəhid ailələrinə dəstəyindən bəhs edib.