Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini istefa verib.
Heftelik.az-ın məlumatına görə, Azər Zeynalov Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini vəzifəsindən istefa verdiyini açıqlayıb.
Qeyd edək ki, Vasif Talıbov istefa verdikdən sonra Azər Zeynalov birinci müavin kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin səlahiyyətini icra edirdi. Başqa sözlə, Naxçıvan Muxtar Respublikasında ən ali vəzifəli şəxs statusunda idi.