Daktiloskopik və genetik məlumatların uçotu qeydiyyat kartotekasında toplanmış məlumatlar əsasında Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsində (DİN KTİ) aparılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət daktiloskopik və genom qeydiyyatının aparılmasına dair Təlimat”da əksini tapıb.
Qeydiyyat kartotekası və məlumat banklarının fəaliyyətinin əsası şəxsin dövlət daktiloskopik və ya genom qeydiyyatından keçməsidir.