Milli Məclisin deputatı Tural Gəncəliyev Azərbaycan-Kanada parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri vəzifəsini tərk edib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, o, bu qərarı Kanada tərəfinin addımına cavab olaraq atıb.

Qeyd edək ki, ötən gün deputat Filip Lourens Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri vəzifəsini tərk edib.