Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva yeni vəzifəyə təyin edilib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  Mehriban Vəliyeva Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavini vəzifəsinə təyin olunub. Mehriban Vəliyeva eyni zamanda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinin səlahiyyətlərini icra edəcək.

***

saat 18.41

Bu gün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva vəzifəsindən azad edilib.

Heftelik.az-ın news.az-a istinadən verdiyi məlumata görə,  M.Vəliyeva elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini təyin edilib.