Açıqlanan məlumatlar bankın internet saytının istifadəçilər üçün aydın görünən, əlçatan formatda strukturlaşdırılmış ayrı bölməsində və excel və ya digər ixrac oluna bilən formatda yerləşdirilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.

Bankın maliyyə hesabatları yerləşdirildiyi tarixdən ən azı üç il ərzində, digər açıqlanan məlumatlar isə yenilənədək bankın internet səhifəsində saxlanılmalıdır. Açıqlanan məlumatların bankın internet səhifəsində yerləşdirildiyi tarix və açıqlanan məlumatlarla bağlı sorğuların cavablandırılmasına məsul şəxs barədə (onun adı, soyadı, telefon nömrəsi, elektron poçt ünvanı) məlumat göstərilməlidir. Əlavə olaraq həmin məlumatlar digər media subyektlərində də yerləşdirilə bilər. Məlumat istifadəçilərinin sorğularına əsasən həmin məlumatlar heç bir haqq tələb olunmadan bilavasitə onların özlərinə təqdim edilməlidir.