Beynəlxalq poçt göndərişlərinin qəbulu üzrə Rəhbərlik ÜPİ Beynəlxalq Bürosunun məlumatları əsasında hazırlanmış, beynəlxalq poçt göndərişlərinin ölkələr üzrə qəbul və çatdırma şərtlərinin müəyyən edildiyi kağız və ya elektron formada sənəd toplusudur.
Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.
Beynəlxalq cavab kuponu ÜPİ Beynəlxalq Bürosu tərəfindən hazırlanan və poçt rabitəsi xidmətlərinin ödəniş vasitəsi kimi istifadə olunan xüsusi nişan, ştrix-kod idendifikatoru – ÜPİ-nin S10 texniki standartı üzrə qurulmuş və qeydiyyatlı poçt göndərişlərinin avtomatik identifikasiyası üçün nəzərdə tutulan ştrixli etiketdir.