Xüsusi kateqoriyaya aid olan işçilərə və digər kateqoriyalara aid bank əməkdaşlarının mükafatlandırılması üzrə qərar Müşahidə Şurası tərəfindən təsdiq edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.
Digər kateqoriyalara aid bank əməkdaşlarının mükafatlandırılması üzrə qərar qəbul edilən zaman bank kənar auditor tərəfindən təsdiqlənmiş maliyyə ilinin nəticələrinə görə xalis mənfəət əldə etməli, habelə bankın məcmu kapitalının minimum miqdarı, kapitalının adekvatlıq əmsalı və aktivlər üzrə yaradılmış xüsusi ehtiyatları həm maliyyə ilinin yekununa, həm də mükafatın verilməsi barədə qərar qəbul edilən tarixə Mərkəzi Bankın müəyyən etdiyi prudensial normativlərə uyğun olmalıdır.