Bankın İdarə Heyətinin üzvləri, habelə xarici bankın yerli filialının rəhbər işçiləri üzrə dəyişən mükafata dair qərar qəbul edilən zaman bank həm maliyyə ilinin yekununa, həm də mükafatın verilməsi barədə qərar qəbul edilən tarixə Mərkəzi Bankın müəyyən etdiyi bütün prudensial normativlərə riayət etməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.

Xüsusi kateqoriyaya aid olan digər işçilər üzrə dəyişən mükafata dair qərar qəbul edilən zaman bankın məcmu kapitalının minimum miqdarı, kapitalının adekvatlıq əmsalı və aktivlər üzrə yaradılmış xüsusi ehtiyatları həm maliyyə ilinin yekununa, həm də mükafatın verilməsi barədə qərar qəbul edilən tarixə Mərkəzi Bankın müəyyən etdiyi normativlərə uyğun olmalıdır.