Qeydiyyat sənədlərinin dolğunluğu Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsi (DİN KTİ) tərəfindən yoxlanılır və 3 (üç) iş günü ərzində kartotekaya yerləşdirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət daktiloskopik və genom qeydiyyatının aparılmasına dair Təlimat”da əksini tapıb.
Qeydiyyat kartotekası informasiya texnologiyalarının köməyi ilə aparılır. Kağız formasında daxil olmuş qeydiyyat sənədləri skan edilir, məlumatlar elektron qaydada kartotekaya daxil edildikdən sonra məhv edilir. Skan edilmiş sənədin surəti elektron formada saxlanılır.