Banklarda risklərin idarə edilməsinin təşkilati strukturu risklərin idarə edilməsi üzrə dəqiq müəyyənləşdirilmiş səlahiyyət və məsuliyyətləri, təşkilati strukturun bütün səviyyələri arasında əlaqə və məlumat axınını, struktur bölmələr və səlahiyyətli şəxslər arasında maraqlar münaqişəsinin yaranmasına qarşı tədbirləri, müstəqil və şəffaf qərar qəbuletmə prosesini və səmərəli hesabatlıq sistemini təmin edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.