Daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin effektivliyi və səmərəliliyi, bankda stress-testlərin aparılması prosesinin adekvatlığı, risklərin idarəedilməsi funksiyası üzrə resursların (məsələn, əməkdaşlar, proqram təminatı və s.) keyfiyyəti və adekvatlığı və daxili və xarici hesabatlıq üzrə istifadə olunan məlumatların uyğunluğu, dəqiqliyi, tamlığı, əlçatanlığı, məxfiliyi və hərtərəfliliyi daxili audit qiymətləndirməsi çərçivəsinə daxildir.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.