Qeydiyyat obyektləri dövlət daktiloskopik və genom qeydiyyatından keçən Azərbaycan Respublikası vətəndaşları, naməlum meyitlər, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət daktiloskopik və genom qeydiyyatının aparılmasına dair Təlimat”da əksini tapıb.
Müvafiq məlumat banklarına daxil edilmiş daktiloskopik xəritə və DNT profillərinin müqayisəli tədqiqatı Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsində avtomatlaşdırılmış eyniləşdirmə sistemlərinin vasitəsilə aparılır.
Bu Təlimat Azərbaycan Respublikasına qarşı hərbi təcavüz nəticəsində, o cümlədən ərazilərin işğaldan azad olunması dövründə xəbərsiz itkin düşmüş şəxslərin bioloji qohumlarının və işğaldan azad olunmuş ərazilərdə aşkar edilmiş naməlum meyitlərin məcburi dövlət genom qeydiyyatının aparılması hallarına şamil edilmir.